• Əsas səhifə
  • Müəllif haqqında
  • Mövzu
  • Əlaqə
Polygon Template
  • Əsas səhifə
  • Müəllif haqqında
  • Mövzu
  • Əlaqə

Adnan Oktarın həyatı və əsərləri

Hörmətli Adnan Oktar 1956-cı ildə Ankarada anadan olmuşdur və orta təhsilinin sonuna qədər Ankarada yaşamışdır. İslam əxlaqına olan bağlılığı məktəb illərindən çox gücləndi. Bu dövrdə böyük İslam alimlərinin demək olar ki, bütün əsərlərini oxuyaraq, İslam haqqında dərin məlumat əldə etdi.

Davamı

Kokain sui-qəsdi

1991-ci ilin ortalarında fəaliyyətlərindən narahat olan bəzi qrupların təsiri ilə Adnan Oktar gizli və planlı şəkildə sui-qəsd ilə qarşı-qarşıya qaldı. Bu dövrdə o masonluğun tarixi və dünya masonluğunun təşkilatlanması haqqında son dərəcə əhəmiyyətli bir kitabın üzərində işləyirdi. 1991-ci ilin ortalarında fəaliyyətlərindən narahat olan bəzi qrupların təsiri ilə ...

Davamı

Adnan Oktarın bir günü

Adnan Oktar: Mənin günüm çox mənalı keçir və çox işləyirəm, əlavə yuxuya vaxt ayıra bilmirəm, çünki mən yuxunu həyatdan alınmış bir parça kimi görürəm. Onun üçün 3-4 saatdan çox yatmaram, sabah namazından qalxıram. Ondan sonra daima hərəkətdə oluram.

Davamı

Harun Yəhya əsərlərinin nəticələri

Harun Yəhya əsərlərinin dünya miqyasındakı təsirini göz önünə gətirən ən vacib tərəflərindən biri bu əsərlər vasitəsi ilə iman edən və imanı güclənən çoxlu sayda insan olmasıdır. Bununla əlaqədar çoxlu oxucu məktubu və mesajı gəlir.

Davamı

QÜSURSUZ PƏTƏKLƏR İNŞA EDƏN BAL ARILARI

Hamınız bal arısını tanıyarsınız. Əksəriyyətiniz televiziyada izlədiyiniz cizgi filmlərdə, hətta canlı olaraq da onu dəfələrlə görmüsünüz. Amma məncə yenə də onun haqqında bilmədiyiniz çox şey vardır.
Mən bu yaxınlarda anam və atamla birlikdə Belqrad meşəsinə qaçışa getdik. Çox gözəl bir gün keçirdim. Amma ən gözəli, qaçmağa fasilə verdiyimiz bir vaxtda kiçik, amma mənim üçün çox böyük və qiymətli bir dost qazanmaq oldu. O kiçik dostumu heç vaxt unutmayacağam.
Onun kim olduğu sizə maraqlı gəldi elə deyilmi? O çox sevimli bir bal arısıydı. Mənə yaxınlaşdı, ətrafımda dayanmadan uçurdu. Məni sancmasından qorxub narahat olmuşdum. Çünki arı mənə xeyli yaxınlaşmışdı. Özüm də bilmədən “xahiş edirəm məni sancma. Ağrımağımı istəmirəm!” deyə qışqırdım. Və o an çox təəccüblü bir şey baş verdi. Balarısı mənimlə danışmağa başladı.

Bal arısı: Səni sancmaq istəmirəm. Sadəcə səninlə dost olmaq istəyirəm.

Burak: Həqiqətənmi? Həqiqətən buna çox sevindim!

Bal arısı: İstəyirsənsə, sənə bir az özümdən bəhs edim. Mən bir işçi arıyam. Bu qabaqda gördüyün ağacların oyuqlarında minlərlə dostumla birgə yaşayıram.

Burak: Nə qədər də çox dostun varmış! Bəs bütün gün dostlarınızla birlikdə nə edirsiniz?

Balarısı: İçində yaşadığımız yuvada təmizlik edir, çöldən yemək yığıb yuvaya daşıyır, arı südü hazırlayır, yuvanın istiliyini tənzimləyir və təhlükəsizliyi təmin edirik.

Burak: Bəs bunları yerinə yetirərkən yorulmursunuz?

Balarısı: Xeyr. Biz işçi arılar aramızda çox yaxşı bir iş bölgüsü aparırıq. Buna görə də heç yorulmuruq. Məsələn bu vaxtlar mənim vəzifəm bal yığmaq üçün pətəklər inşa etməkdir.

Burak: Arılar haqqında həmişə maraqlandığım bir şey vardı. Sizlər necə dünyaya gəlirsiniz?

Bal arısı: Bəlkə də eşitmisən, hər arı birliyində bir kraliça arı vardır. Kraliça arı dişi arıların arasında ən böyük olanıdır. Müəyyən vaxtlarda yumurtlayır. Amma biz zənn etdiyin kimi yumurtalardan tez çıxmırıq. Bu yumurtalardan sürfə adı verilən və görünüşü əslində bizə heç bənzəməyən, gözləri, qanadları və qıçları olmayan ağ qurdlar çıxar! Bunlar bir müddət qozalağa sarılmış vəziyyətdə gözləyirlər, onda yaxşıca qidalanır və sonra eynilə mənə oxşar arılar ortaya çıxırlar.

Burak: Çox təəccüblüdür! Amma hələ də mənə bir şeyi maraqlı gəlir. Çox sıx olmağınız həyatınızda bir qarışıqlıq yaradırmı?

Bal arısı: Xeyr, tam əksinə aramızda böyük bir nizam var. Minlərlə arı heç bir qarışıqlıq yaratmadan yuvanın içində yaşayır və bütün vəzifələrimizi heç ləngitmədən yerinə yetiririk.

Burak: Bu çox maraqlıdır! Çox sıx olmağınıza baxmayaraq nizamı necə qoruduğunuzu heç başa düşə bilmirəm! Mənim atam yaşadığımız binada nəzarətçi işləyir və nizamı təmin etməkdə olduqca çətinlik çəkir. Amma siz bunu çox asanlıqla təmin edə bilirsiniz!

Bal arısı: Təəccüblənməyini normal qarşılayıram. Çünki daha əvvəl də insanların bu mövzuya çox təəccübləndiyini, hətta elm adamlarınızın bu nizamın necə təmin edildiyi, iş bölgüsünün nəyə əsasən təyin olunduğu, bu qədər sıx bir birliyin necə asanlıqla birlikdə hərəkət edə bildiyi kimi sualların cavabını axtardıqlarını eşitmişdim! Mən sənə bunun cavabını qısaca belə verə bilərəm: Hamımızın müəyyən vəzifələri var, vəzifələrimizi cəld bir şəkildə yerinə yetirir, heç vaxt nizamı ləngitməməyə səy göstəririk.

İşçi arının izah etdiklərini böyük bir maraqla dinləyərkən anamın “Burak! Burak! Hardasan?” deyə səsləndiyini eşitdim. Artıq ayrılmaq vaxtı gəlmişdi.

Burak: Anam məni çağırır. Yəqin artıq getməliyəm. Tanış olduğumuza çox şad oldum. Bütün izah etdiklərin üçün təşəkkür edirəm!

Bal arısı: Əsas mən çox şad oldum. Bəlkə də bir gün yenidən qarşılaşarıq! Məsələn, gələn həftə təkrar burada görüşməyə razı olarsan? Həm istəsən, səni yuvamızın olduğu yerə apara bilər, bal pətəklərini göstərə bilərəm.

Burak: Çox sevinərəm. Əlbəttə ki, anamla atam gələn həftə bura təkrar gəlməyə razı olarsa!

Bal arısı: Yaxşı onda belədirsə, həftəyə görüşmək ümidiylə!

Evə qayıdar-qayıtmaz həyəcanla atamın doğum günümdə hədiyyə etdiyi "Heyvanlar Ensiklopediyası" nı əlimə aldım. Sürətlə səhifələri çevirdim və bal arılarıyla əlaqədar hissəyə gəldim. İlk gözümə dəyən kiçik bir bal arısı rəsmi oldu. Yoldaşım üçün indidən çox darıxdığımı hiss etdim ...
Maraqla yazıları oxumağa başladım. Oxuduqlarım qarşısında heyrətə qapılırdım. Saatların necə keçdiyini isə heç fərq etmədim. Uzun müddətdir nə etdiyim anamı maraqlandırdığı üçün otağıma gəldi. Ona həyəcanla bal arılarından bəhs etməyə başladım.

Burak: Ana, bal arılarının inanılmaz fövqəladə xüsusiyyətlərinin olduğunu bilirsənmi? Məsələn, sənə ən son oxuduğum şeyi izah edim, dişi bal arılarının yuvanı təmizlədiyini bəlkə də eşitmisən. Qoza çıxan arıların geridə qoyduqları hissələri, yuvanın içində ölmüş arıları və daha bunlara bənzər bir çox kənar cisimləri sürüyərək yuvanın kənarına çıxarıb atırmışlar. Bəs qabından çıxarda bilməyəcəkləri qədər böyük hissələri nə etdiklərini bilirsənmi? Onları da bakteriya hazırlayıb yuvadakı arıların sağlamlığına zərər verəcək hala gəlməmələri üçün “propolis” adı verilən bir maddəylə əhatə edirmişlər. Propolis adı verilən bu kimyəvi maddənin ən əsas xüsusiyyəti özündə bakteriya saxlamamasıdır... Amma, şeyyy ... Ana səncə bu maddəni haradan tapırlar? Kiçik arıların belə kimya məlumatları necə olur? Hələ bura qədər oxudum. Bəlkə sənə daha sonra bu maddəni necə əldə etdiklərini də izah edə bilərəm.

Ana: Arılar kiçik amma son dərəcə ağıllı varlıqlardır... Amma, əlbəttə ki, bu ağlın onlara məxsus olduğunu düşünmək çox səhv olar. Onlara etdikləri hər şeyi öyrədən bir yaradıcıları vardır. Mən də sənin yaşında olarkən onlar haqqında bir kitab oxumuşdum və eyni sənin kimi mən də onların bu üstün xüsusiyyətləri qarşısında çox həyəcanlanmışdım. İstəsən sən oxumağa davam et. Diqqətini çəkən yerləri istədiyin vaxt mənə yenə izah edə bilərsən.

Anam axşam yeməyini hazırlamaq üçün otaqdan çıxdı. Bayaqkı sual məni düşündürürdü. Arılar propolis deyilən maddəni haradan tapır və ondan istifadə etməyi necə öyrənə bilərdilər? Maraqla oxumağa davam etdim.
Kitabın davamında arıların propolisi necə əldə etdikləri izah edilirdi. Əvvəlcə bəzi ağacların yapışqan tumurcuqlarından alt çənələrinin köməyiylə qatran adlanan maddələri gəmirirdilər. Daha sonra qatrana ağız ifrazatlarını əlavə edərək propolis hazırlayırlardı. Daha sonra onu arxa ayaqlarındakı xüsusi kisələrə yerləşdirərək yuvaya daşıyırdılar.
Arılar pətəkdən çölə çıxara bilmədikləri böyük cisimləri arxa ayaqlarındakı bu maddəylə əhatə edirlər, beləcə onu bakteriya saxlamayan zərərsiz bir maddə halına gətirirdilər. Bu bir növ mumiyalama əməliyyatı idi. Bəs arılar bunu etməyi kimdən öyrənmişdilər? Arılar ölü bir canlının ya da artıq bir maddənin yuvadakı canlılara zərər verə biləcəyini hardan bilirlər? Bunları mən belə yeni öyrənmişdim. Bunlar bir həşəratın bilməsi mümkün olan məlumatlar deyildi! Getdikcə daha da maralanırdım!. Yoxsa bal arıları ən azı insanlar qədər şüurlu bir varlıqmıdırlar?
Əlimdəki kitabı qətiyyən buraxa bilmirdim. “Məgər arılarla bağlı nə qədər də çox bilmədiyim şey varmış!” deyə düşündüm. Və hələ ağlımda cavabını tapa bilmədiyim bir çox sual var idi. Amma gec-tez bunların cavabını tapacağımı bilirdim.
Kitabın davamında arıların balı necə hazırladıqları da izah edilirdi. Arıların bal hazırladıqlarını və bunun üçün pətək hördüklərini eşitmişdim, amma pətəkləri necə hördükləri mövzusunda heç bir fikrim yox idi. Halbuki, pətəklərin hörülmə mərhələsi də öz özlüyündə böyük bir möcüzə idi!
Arılar pətəyin hazırlanmasına ən üstdən başlayırmışlar. Və pətək eyni anda 2-3 müxtəlif yerdən fərqli arılar tərəfindən aşağıya tərəf hörülürmüş. Ağlım yaxşıca qarışmışdı, bir pətək fərqli uclardan başlanaraq hazırlanmasına baxmayaraq necə o qədər düzgün ola bilərdi? Üstəlik üzərində heç bir əlavə yerinə də rast gəlinmirdi. Anamın evdə hörgü hördüyünə dəfələrlə şahid olmuşdum. Amma anam hörməyə tək bir nöqtədən başlayırdı. “3 fərqli nöqtədən başlasaydı hördüyü sviterlər görəsən necə olardı?..” deyə düşündüm. Hər halda nəticə o qədər də yaxşı olmazdı... Onda arılar çox incə hesab apara bilən varlıqlar olmalı idilər...
Əlimə bir qələm və bir fayl kağızı aldım. Kağızın bir neçə kənarından başlayaraq altıbucaqlılar çəkməyə başladım. Səhifənin ortasında bu altıbucaqlıları birləşdirməyə çalışdım. Və bütün bunları xətkeş, transportir kimi vasitələrdən istifadə etmədən və heç bir hesablama yerinə yetirmədən bacarmaq üçün məşğul oldum. Amma qısa bir müddət sonra bunun qeyri-mümkün bir əməliyyat olduğunu başa düşdüm. Elə isə arılar bunu necə bacarırlardı? Onlar necə tək bir səhv belə etmədən altıbucaqlı pətəkləri hörə bilirdilər?
Ən çox diqqətimi çəkən digər bir məqam isə pətəyin inşasına sonradan qatılan hər arının inşaatın hansı mərhələdə olduğunu dərhal başa düşərək işə o nöqtədən başlaya bilməsiydi. Arılar fərqli yerlərdən pətək hörməyə davam edərkən inşaata yeni qatılan hər arı tam fərqli bir istiqamətdən hörməyə başlayırdı. Və böyük bir qarışıqlıq meydana gəlməsi lazım olarkən son dərəcə mükəmməl bir quruluş ortaya çıxırdı.
Ensiklopediyada bir də arıların bal hazırlamaq texnikaları izah edilirdi ki, buradakı fövqəladəlik də məni çox təəccübləndirmiş və olduqca həyəcanlandırmışdı. Oxuduğuma görə balın əsas vəsaiti arıların çiçəklərdən və meyvə tumurcuqlarından yığdıqları nektarlar idi. Arılar bu nektarı çiçəklərdən topladıqdan sonra bala çevirirdilər.
Kitabda əhəmiyyətli bir şey də izah edilirdi: Bal istehsalı çox böyük bir səy tələb edirdi. Məsələn, sadəcə yarım kiloqram nektar toplamaq üçün 900 arı 1 bütöv gün işləməli idi. Kitabdakı digər hesablamalar heyranlığımı getdikcə artırırdı: 450 qramlıq saf balı əldə edə bilmək üçün təxminən 17 min bal arısı 10 milyon çiçəyi ziyarət etməli idi. Yəni bu iş onlar üçün son dərəcə zəhmətli idi. Buna baxmayaraq arılar böyük bir çalışqanlıq nümayiş etdirir və öz ehtiyaclarından qat-qat çox bal hazırlayırlardı. Üstəlik bunların çoxunu da özləri istifadə etmir, biz insanlara da bir xeyir vermiş olurdular.
Bir növ işin içindən çıxa bilmirdim. Arılar bir neçə santimetrlik kiçik bir varlıq olmalarına baxmayaraq, insanı heyrətə gətirəcək qədər böyük işlər bacara bilirdilər. Bütün bunları hansı şüurla, hansı qabiliyyət, hansı güclə bacara bilirdilər? Bunları reallaşdıracaq ağla, şüura ya da kimya və riyaziyyat məlumatına haradan sahib idilər? Niyə bu qədər çalışqan bir şəkildə heç dayanmadan bal hazırlayırdılar?
Əlimdə olan kitabla atamın yanına getdim. Öyrəndiklərimi ona danışdım və bütün bunları arıların necə edə bildiklərini soruşdum. Atam gülərək başımı tumarladı və belə dedi:

Ata: “Dediklərin çox doğrudur. Arılarda çox üstün bir ağıl və böyük bir sənətin var olduğu görünür. Sadəcə onlardadırmı? Əslində bütün heyvanlarda hətta kainatın hər yerində böyük bir mükəmməllik var! Amma əvvəlcə arılarla bağlı suallarına cavab olması üçün sənə Qurandan ayələr oxuyacağam. Yaxşı dinlə”.

Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör.
Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)

Burak: Ata indi daha yaxşı başa düşürəm. Arılar bütün bu fövqəladə davranışları Allahın ilhamı ilə yerinə yetirirlər. Allah bizə qarşı çox mərhəmətlidir, o onlara ilham edərək bizim üçün özündə şəfa olan balı hazırlatdırır. Allahın bu nemətlərini öyrənmək insanı çox həyəcanlandırır.

Ata: Arıları tədqiq etdiyin kimi qarışqaları ya da ağcaqanadları, dəvələri, quşları, balıqları, çiçəkləri, ağacları, ulduzları, dənizləri, okeanları, qısaca hər hansı bir varlığı tədqiq etsən, qarşına çıxan mükəmməlliklər qarşısında yenə eyni həyəcanı yaşayarsan. Budur, bütün bunlar kainatın hər nöqtəsini böyük bir sənətin bürüdüyünü göstərir. Bu sənət səni, məni, ananı, bal arılarını, tutuquşuları, dovşanları, sincabları, planetləri, kosmosu, günəşi, ayı, yəni hər şeyi və hər yeri yaradan Allahın sənətidir. Allah hər şeyin sahibidir. Hər şey Onun məlumatıyla, Onun izni ilə yaradılır. Budur, bal arılarını yaradan da Odur. Onların hər davranışı Allahın izniylədir. Onlarda gördüyümüz ağıl, Allahın sonsuz ağlının bir əks olunmasıdır. Ətrafında gördüyün şeylərə bu gözlə baxsan, nə qədər çox möcüzəylə əhatələndiyimizi  dərhal fərq edəcəksən!
Atamın dedikləri çox doğru idi. Şübhəsiz ki, ətrafımızda gördüyümüz şeylərdə özünü göstərən ağlın, üstün və uca bir sahibi var idi. “O üstün və böyük güc sahibi varlıq, əlbəttə ki, hər şeyin yaradıcısı olan Allahdır” deyə düşündüm. Əvvəllər məni düşündürən bütün sualların cavabını da tapmışdım. Bal arıları özlərinə aid bir ağıl göstərmirdilər! Onsuz da onlarda belə bir ağlın olması qeyri mümkündür! Onlar özlərini yaradan Allahın ilhamı ilə hərəkət edirlər, buna görə də bizləri təəccübləndirən üstün bir ağıl göstərə bilirdilər.

Bir həftə ərzində qarşılaşdığım bütün dostlarıma, əmioğlularıma, anama və atama arılar haqqında bildiklərimi izah etdim. Və budur, artıq həftənin axırı gəlib çatmışdı. Atama yenidən Belqrad meşəsinə gedib getməyəcəyimizi soruşdum.

Burak: Ata bu həftənin axırında da qaçmağa gedəcəyik elə deyilmi?

Ata: Əslində bu həftə getmək barədə fikirləşmirdim, amma istəyirsənsə gedərik əlbəttə, niyə getməyək ki!

Atam getməyi qəbul etdiyi üçün həm çox sevinmiş, həm də çox həyəcanlanmışdım. Görəsən mənimlə danışan bal arısını təkrar görə biləcəkdimmi?
Belqrad meşəsinə çatdığımız vaxt xeyli həyəcanlanmışdım. Tezliklə bal arısıyla görüşəcəyimiz yerə getmək istəyirdim. Atamla qaçmağa başladıq. Çox keçmədən bal arısını ilk gördüyüm yerə çatdıq. Atama bir az ətrafı gəzmək istədiyimi dedim. Çox yubanmamaq şərtiylə qəbul etdi. Sürətlə görüş yerimizə doğru qaçdım. Dostum orada məni gözləyirdi, yəqin ki, məndən xeyli əvvəl gəlmişdi.

Burak: Salam! Təkrar görüşdüyümüz üçün çox sevincliyəm!

Bal arısı: Mən də! Xoş gəldin! Səni gördüyümə mən də çox şadam. Onda, sözümü tutum və sənə pətəklərimizi göstərim.

Burak: Oldu, onsuz da bütün həftəni sizin fövqəladə pətəkləriniz barəsində düşünərək keçirdim bilirsənmi? Onları səbirsizliklə görmək istəyirdim.

Bir neçə addım qabaqdakı ağacların oyuqlarında müdhiş bir arı vızıltısı eşidilirdi. Əlbəttə ki, yanımda dostum olmasaydı, oraya qətiyyən getməzdim. Amma kiçik arı mənə heç bir şey olmayacağını deyirdi. Və mən də dostuma güvənirdim.
Yuvaların olduğu yerə çatdığımız vaxt içəridən gələn uğultulu vızıldamalara baxmayaraq əslində orada böyük bir nizamın var olduğu həqiqətini xatırladım. Arılar dünyanın ən çalışqan heyvanlarından biri idilər və bir an belə boş dayanmadan iş görür, həmişə insanlara faydalı olacaq ləzzətli balı hazırlayırdılar. Kiçik arı dostum məni bal pətəklərinin yanına yaxınlaşdırdı. Bunlar elə düzgün inşa edilmişdilər ki, kiçik heyvanların belə mükəmməl bir quruluş ortaya çıxarmalarına heyrətlənməmək mümkün deyildi.
Gördüyüm pətəklər çox düzgün altıbucaqlılardan meydana gəlirdi. Keçən həftə riyaziyyat müəllimimizə altıbucaqlılarla əlaqədar maraqlandığım bəzi sualların olduğunu demişdim. O da mənə qısaca altıbucaqlıları təsvir etmişdi. Amma mən daha çoxunu maraqlanırdım, arıların altıbucaqlı bir pətək inşa edərkən nələrə diqqət yetirməli olduqlarını bu dəfə də dostumdan soruşdum. O da mənə bu mövzunu işçilərin ən yetkin olan bilgin arının cavablandıracağını dedi. Sonra bilikli arını çağırdı və o da mənim sualıma belə cavab verdi:

Bilikli arı: Biz altıbucaqlı bir pətək hazırlayarkən pətək hüceyrələrinin daxili bucaqlarına diqqət yetiririk. Yəni, 120 dərəcəlik daxili bucaqları çox yaxşı hesablamalıyıq. Bundan əlavə pətək hüceyrələrinin yerlə əmələ gətirdiyi bucaq da çox əhəmiyyətlidir. Əgər digərini nizamlayıb bunu diqqət yetirməsək, şübhəsiz ki, pətəkdə pozğunluqlar meydana gəlir və pətəyin içinə yığdığımız bütün ballar yerə tökülər.

Burak: Doğrusu tam olaraq başa düşməkdə çətinlik çəkirəm. Çünki bu mövzu mənə hələ ki çox yaddır. Yaxşı amma, necə olur ki, siz bütün bu hesabları yerinə yetirməkdə çətinlik çəkmirsiniz? Altıbucaqlıda bu 120 dərəcəlik daxili bucaqlarını necə sabit hala gətirirsiniz? Üstəlik qüsursuz pətəkləri hazırlayarkən heç bir köməkçi alət də istifadə etmirsiniz. Ağlıma kağız üzərində yerinə yetirməyə çalışdığım səhifələr dolusu düzgün olmayan həndəsi fiqurlar gəldi... Və sizə olan heyranlığım bir qat daha artdı!

Bilikli arı: Bizə heyran olma, bunları biz öz ixtiyarımızla etmirik ki! Bunların hamısı bizə anadangəlmə öyrədilmiş qabiliyyətlərdir. Yəni, biz dünyaya bütün bunları edə biləcək şəkildə gəlirik. Öz aramızda bir təhsil də almırıq.

Burak: Mükəmməl bir ağıl nümayiş etdirirsiniz! Bütün insanlar nə etdiklərinizi öyrənməlidir. Əgər izin versəniz, sizdən bir neçə şey soruşmaq istəyirəm.

Bilikli arı: Əlbəttə ki...

Burak: Niyə pətəklərinizi altıbucaqlılar şəklində hazırlayırsınız?

Bilikli arı: Başa düşdüm pətəkləri niyə beşbucaqlı, dördbucaqlı, səkkizbucaqlı, üçbucaq deyil, altıbucaqlı olaraq inşa etdiyimizlə maraqlanırsan... Əgər altıbucaqlıdan fərqli bir formada hazırlasaydıq, aralarda istifadə olunmayan bölgələr meydana gələcək, beləcə həm daha az bal yığa biləcək, həm də araları doldurmaq üçün boş yerə bal mumu sərf edəcəkdik. Əslində dördbucaqlılara, üçbucaqlılara da bal yığa bilərdik, amma bu formalar arasında ətrafı ən qısa olan forma altıbucaqlıdır. Digərləri eyni həcmə sahib olmasına baxmayaraq altıbucaqlı hüceyrələr hazırlamaq üçün istifadə edilən bal mumu üçbucaq və ya dördbucaq üçün istifadə etdiyimizdən daha azdır. Yəni, ən çox balı altıbucaqlı pətəkdə yığa bilirik .

Qulaqlarıma inana bilmirdim! Sevimli, kiçik bir arıdan mühəndislik dərsləri alırdım... Soruşmaq və öyrənmək istədiyim daha çox şey vardı. Ancaq gec idi. Buna görə də bilikli arını orada qoyub dostumla birlikdə atamın yanına doğru getməyə başladıq.

Burak: Bilirsənmi, səninlə və digər arılarla tanış olmaq mənə çox şey qazandırdı. Məgər əvvəllər ətrafımda olan, hətta burnumun dibində duran gözəlliklərin heç fərqinə varmırmışam! Siz mənə bütün kainatda, dünyada mükəmməl bir nizamın var olduğunu göstərdiniz. Bundan sonrakı həyatımda bu mükəmməllikləri həmişə fərq edəcəyimi ümid edirəm. Çox təşəkkür edirəm!

Bal arısı: Önəmli deyil kiçik dostum... Unutma bu mükəmməlliklərin heç biri bizə aid deyil. Biz sadəcə bizə öyrədilənləri tətbiq edirik. Gülə-gülə!

Arının yanından ayrılarkən atamın meşədə “Burak!” deyə sədalanan səsini eşitdim. Çox vaxt keçmişdi. İri addımlarla ailəmin yanına getdim. Ağlım kiçik dostumda qalmışdı! Tam o vaxtda avtomobilin kreslosuna əyləşdikdə avtomobilimizin üstündə bir kəpənək gördüm. Qanadlarında böyük bir rəng uyğunluğu və simmetriya vardı. Ertəsi gün məktəb kitabxanasına gedib onunla əlaqədar tədqiqat aparmağa qərar verdim.
Allahın yaratdığı gözəlliklər saymaqla bitəcək kimi deyildi. Bilirdim ki, daha öyrənməli olduğum çox şey var idi...

contact map
Contact Information

Integer eu neque sed mi fringilla pellentesque a eget leo. Duis ornare diam lorem, sit amet tempor mauris fringilla in. Etiam semper tempus augue, at vehicula metus. Nam vestibulum tortor nec congue ornare.

  • Nulla ut tellus, sit amet urna,
    scelerisque pretium 10560
  • 010-040-0260
  • info@company.com
Copyright © 2016 Design Studio 313 | Bu sayt hörmətli Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.